Avstriyanın xizək mərkəzində 2 turist ölüb

Avstriyanın xizək mərkəzində 2 turist ölüb

Avstriyanın Tirol əyalətinin Kitzbühel bölgəsindəki xizək mərkəzindədə baş verən qəza nəticəsində 17 yaşlı iki alman turist ölüb.

Polisin verdiyi açıqlamada yüksək sürətlə sürüşən 2 alman turistin idarəetməni itirərək daşlıq əraziyə düşdüyü bildirilib.

Açıqlamada daşlıq əraziyə çırpılan turistlərin ağır yaralandığı və edilən bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi qeyd olunub.

SİA-nın əldə etdiyi məlumata görə, turistlərin Avstriyaya qış tətili üçün Almaniyadan gəldiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə