Ukraynalılar iki rus agentini saxlayıblar?

Ukraynalılar iki rus agentini saxlayıblar?

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Slavyanskda iki rus agentini saxlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir kişi və bir qadın Ukrayna Silahlı Qüvvələrinin texnika və hissələrinin yerləşdiyi yerin koordinatlarını toplayıb, sonra onları düşmənə ötürüblər.

“İbtidai istintaq müəyyən edib ki, 2022-ci ilin iyul ayında iki vətəndaş Ukrayna Silahlı Qüvvələrinin Slavyansk şəhərində hərbi qulluqçularının və texnikasının yerləşdiyi yerlər barədə məlumat toplayıb. Kişi məlumatı və yerdəki koordinatları dəqiqləşdirib, qadın isə proqramlardan və messencerdən istifadə edərək Rusiya mobil operatorunun telefonuna məlumat göndərib”.

Bunu Baş Prokurorluğun mətbuat mərkəzindən bildiriblər.

Verilən məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yer haqqında məlumatın yayılması faktları üzrə (Ukrayna Cinayət Məcəlləsinin 114-2-ci maddəsinin 3-cü hissəsi) ittiham aktları məhkəməyə göndərilib.

Hazırda Rusiya agentlərinin həbsdə öz hökmlərini gözlədikləri deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə