İran Hind okeanının şimal hissəsində təlimlər keçirməyə hazırlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İran admiralı Həbibullah Siyari deyib.
Onun dediyinə görə, bu gecə Hörmüz boğazının şərq hissəsində, Hind okeanının şimal hissəsində şimal enliyinin 10-cu paralelinə qədər keçiriləcək Zülfikar 1401 təlimləri başlayacaq.
Siyari, təlimlərdə dəniz qüvvələri və quru qoşunlarının müxtəlif bölmələri iştirak edəcəyini deyib.
Həmçinin hava qüvvələrinin hava hücumundan müdafiə sistemləri və strateji bombardmançı təyyarələrindən istifadə edilməsi planlaşdırılır.
Bundan əlavə, admiral, təlimlərin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması və aparılması vərdişlərinin təkmilləşdirilməsi olduğunu bildirib.
Rus saytlarının yazdığına görə, manevrlər çərçivəsində xüsusi şəraitdə hərbi əməliyyatların aparılması da tətbiq olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB