Hollandiya səfərbərlikdən qaçan rusları deportasiya edə bilər

Hollandiya səfərbərlikdən qaçan rusları deportasiya edə bilər

Səfərbərlikdən Hollandiyaya qaçan ruslar artıq ölkədə qala bilməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə dövlət katibi Erik van der Burq bildirib.

Onun sözlərinə görə, Hollandiyanın immiqrasiya xidməti rusların sığınacaq üçün müraciətlərinə baxıb və... onları rədd edə bilər.

Maraqlıdır, Hollandiyanın Ədliyyə və Təhlükəsizlik Nazirliyi necə deyərlər, “nəyi qoyub, nəyi axtarır”?

Belə ki, nazırlik bir müddət əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqunun Rusiyada guya səfərbərliyin başa çatdığını əsas gətirərək Rusiya Federasiyası vətəndaşlarının artıq hərbi xidmətə çağırılmaqdan qorxmalarına ehtiyac olmadığını bildirib.

Hollandiya nazirliyi həmçinin növbəti 6 ay ərzində hərbi xidmətdən imtina edən və ya xidmət yerini könüllü tərk edən rusiyalı çağırışçıların sığınacaqla bağlı müraciətləri ilə bağlı qərarların qəbulu dayandırdığını bildirib.

Amma qeyd edək ki, ruslar hələ də Hollandiyada qala bilərlər. Çünki rusiyalı çağırışçılar üçün sığınacaq və deportasiya qərarlarına qoyulan moratorium çərşənbə günü dövlət katibi tərəfindən altı ay uzadılıb.

Bununla belə, nazirlik Rusiyada çağırışçıların Ukrayna münaqişəsinə nə dərəcədə cəlb olunması ilə bağlı daha etibarlı məlumata ehtiyac olduğunu bildirib. Bununla əlaqədar olaraq, 18-27 yaşlı rusiyalı çağırışçılar üçün sığınacaq müraciətlərinə diqqətlə baxmaq hələ mümkün deyil.

Bunu da hollandiyalı dövlət katibi deyib.

Və sonda əlavə edirik ki, bu moratorium ordunu tərk etməyə qərar verən peşəkar rus əsgərlərinə şamil edilmir. Ədliyyə Nazirliyi izah edib ki, bu halda onların vəziyyəti ilə bağlı mövcud məlumatlar beynəlxalq müdafiə üçün müraciətlər üzrə qərar qəbul etmək üçün kifayətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə