Rusiyanın Engels hərbi aerodromunda partlayış olub. SİA xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Bildirilib ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.
Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə Rusiyanın bir neçə hərbçisi ölmüş və yaralanmışdı.
Xatırladaq ki, bu hərbi aviabaza Rusiyanın Saratov vilayətinin eyniadlı şəhərində yerləşir. Aerodrom Rusiya Aerokosmik Qüvvələrinin aviabazasıdır. Aerodromun rəsmi adı “Engels-2”dir. Orada “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr olan aviasiya alayı yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB