5,4 bal gücündə zəlzələ olub

Cənubi Amerika ölkəsi olan Peruda 5,4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Peru Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi 80 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Arekipa şəhərindən 11 kilometr aralıda yerləşən Quilka olduğunu açıqlayıb.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını bildirib. Dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Peru “Od halqası” kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir. 2007-ci il avqustun 15-də Peruda baş verən 7,9 bal gücündə zəlzələdə 595 nəfər həlak olub.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə