İran 4 Airbus təyyarəsi alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran Mülki Aviasiya Təşkilatının vitse-prezidenti Həsən Huşu təyyarənin idxalını təsdiqləyib. “Fransada istehsal olunan “Airbus 340” tipli təyyarə bu yaxınlarda ölkəyə gəldi”, - deyə Huşhu bildirib. Hələlik idxalın təfərrüatları ilə bağlı məlumat verilməyib.
İran Hava Yolları Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əli Rıza Berhor 2021-ci ilin dekabrında elan etmişdi ki, sanksiyalar səbəbindən təyyarələrin yarıdan çoxu təmir oluna bilmədiyi üçün uça bilmir. Ölkədə təyyarələrin nasazlığı səbəbindən reyslər tez-tez ləğv edilir və uçuşlarda gecikmələr olur.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə