ABŞ-da qar fırtınasından sonra Viskonsin ştatının Gills Rok şəhərindəki estakada və mağaza donub. SİA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın böyük bir hissəsinə təsir edən çovğun yüz milyondan çox insanın həyatına mənfi təsir göstərərək ölkənin əksər bölgələrində hava və yerüstü nəqliyyatı iflic edib. Məlumata görə, fırtına səbəbiylə can itkisi 65-ə yüksəlib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində insan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB