Müdafiə naziri Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib
Fransanın müdafiə naziri Sebastyan Lekornu Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və həmkarı Aleksey Reznikov ilə görüşüb. SİA xəbər verir ki, bu bardə AFP məlumat yayıb.
Nazir görüşlərdə Kiyevə hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Tərəflər mövcud hərbi texnikanın saxlanması məsələsini də müzakirə ediblər.
Öz növbəsində Ukrayna Prezidentinin Ofisi bildirib ki, Zelenski Lekornua Ukraynanın “sülh formulu” və qlobal sülh sammiti planları barədə danışıb.
O, Fransanın bu proseslərdə liderliyi ələ alacağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB