Ukrayna-Rusiya savaşı nəticəsində daha bir avstraliyalının öldüyü açıqlanıb.
Avstraliya Xarici İşlər və Ticarət Departamenti (DFAT) 24 yaşlı Sage O'Donnellin Ukraynada Rusiyaya qarşı davam edən müharibə nəticəsində həlak olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, ölən avstraliyalının anası, Sagenin Rusiyanın Ukrayna xalqına qarşı haqsızlığına görə döyüşmək qərarına gəldiyini bildirib.
Fevralın 24-dən etibarən davam edən Ukrayna-Rusiya müharibəsində əcnəbi əsgərləri izləyən “Memorial-International Legion Defence of Ukraine” adlı ''Facebook'' səhifəsində O’Donnel-in Ukraynada könüllü döyüşdüyü bildirilib.
Ukraynada davam edən müharibə zamanı daha əvvəl üç avstraliyalı həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB