Vaşinqton Kiyevin arxasında dayandığını gizlətmir..?

ABŞ Kiyevə Rusiyanın pilotsuz təyyarələri buraxdığı nöqtələri aşkar etməkdə kömək edir
Vaşinqton Kiyevin arxasında dayandığını gizlətmir..?

Birləşmiş Ştatlar Silahlı Qüvvələrə Rusiyanın pilotsuz uçan aparatları buraxdığı yerləri tapmaqda və hədəfə almaqda kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rus nəşrləri xarici xarici medianın yazdığını deyirlər.

Məsələn, ruslara görə, “The New York Times” qeyd edir ki, pilotsuz uçan aparatların buraxılış məntəqələrinin daim hərəkətdə olması səbəbindən onların yerini müəyyən etmək bir az mürəkkəb məsələdir.

Amma maraqlıdır ki, bununla bağlı Vaşinqton yeni texnologiyalar inkişaf etdirir. Onlar dronların yaxınlaşması barədə əvvəlcədən xəbərdarlıq etməli və Ukrayna hərbçilərinin onları vurmaq şansını artırmalıdırlar.

Yenə də rusların “The New York Times”ə istinadən yzdıqlarına görə, Amerika liderinin administrasiyası Tehranın pilotsuz təyyarələr istehsal edib Moskvaya tədarükünün qarşısını almaq üçün tədbirlər görür.

Qeyd edək ki, Qərbdə Rusiya tərəfinin Ukraynadakı döyüşlərdə bu pilotsuz təyyarələrdən istifadə etdiyinə inanırlar.

Rusiya isə hələ də “and-aman edərək” başını tutur, İrandan heç bir pilotsuz təyyarələr almadığını deyir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin sözlərinə görə, bu cür məlumatlar “saxta”dır.

Onu da əlavə edirik ki, yenə də “The New York Times” nin məlumatına görə, yaxın gələcəkdə Rusiya və Ukrayna arasında “sərt mövqelər” səbəbindən danışıqlar aparılmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə