Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv olunması ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, brifinqdə jurnalistlərdən biri Zurabişvilinin Gürcüstanın keçmiş başçısını əfv edib-etməyəcəyini soruşub.
Gürcüstan prezidenti isə “əsas sualın cavabı verilən zaman veriləcək” deyə cavab verdi.
Qeyd edək ki, bundan əvvəl onun iqamətgahı qarşısında həbsdə olan Saakaşvilinin əfv olunmaması tələbi ilə aksiya keçirilib. Maraqlıdır ki, hazırkı prezident dəfələrlə Saakaşvilini heş vaxt əfv etməyəcəyini bildirib.
Xatırladaq ki, Saakaşvili uzun sürən aclıq aksiyasından sonra yaranan fəsadlar səbəbindən hazırda ölkə klinikalarından birində müalicə alır.
Zurabişvili qeyd edib ki, o, iqamətgahının yaxınlığında etirazçıların bəzilərinin hərəkətlərini tənqid edir, çünki onların çoxu ona təzyiq göstərməyə çalışır. Onun sözlərinə görə, bəzi etirazçılar onun iqamətgahına soxulmağa belə cəhd ediblər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski, ardınca isə Moldova rəhbəri Maya Sandu Gürcüstan hakimiyyətini Saakaşvilinin müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıblar.
Tiflisdə bu tələblər dövlətin işlərinə “kobud müdaxilə” kimi qiymətləndirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB