Rus qazının ixracı əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb
“Qazprom”un əsas xarici bazarlarına ixracı bu il demək olar ki, iki dəfə azalaraq əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi yazır.
Media qeyd edir ki, Avropa Rusiya şirkətinin ən böyük ixrac bazarı olub və indi orada bir neçə aydır ki, tədarüklər azalır. Agentlik xatırladır ki, əvvəllər bəzi Avropa ölkələri çatdırılma haqqını rublla ödəməkdən imtina etdikdən sonra tamamilə kəsilib.
Hazırda qaz Avropaya yalnız Rusiya ilə Ukrayna arasındakı sərhəd-keçid məntəqələrindən biri və “Türk axını” qaz kəmərinin bir qolu vasitəsilə verilir.
Eyni zamanda, “Qazprom” Çinə tədarükünü tədricən artırır. Bundan əvvəl Rusiya şirkətinin rəhbəri Aleksey Miller dekabrın 28-də “Qazprom”un Çinə gündəlik tədarüklər üzrə yeni rekorda imza atacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB