Rusların Krım ərazisində hərbi əməliyyatlara hazırlaşdıqlarının daha bir təsdiqi meydana şıxıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, ruslar
yarımadanın cənub sahilində qazıntılar apararkən şəbəkədə peyk görüntüləri peyda olub.
Müvafiq şəkilləri İsveçrə OSINT analitiki Benjamin Pitte Twitter-də dərc edib. Rusiya hərbçiləri Krımın cənubundakı Lazurne yaxınlığındakı radar stansiyasının ətrafında xəndəklər qazıb.
Xəndəkləri ən son yüksək keyfiyyətli peyk görüntülərində görmək olar. Görüntü çəkildikdən sonra xəndək sistemi genişləndirilmiş ola bilər.
Beləliklə, artıq KİV-lərin məlumatına görə, ilhaq edilmiş Krımda ruslar mühəndis istehkamları tikməyə başlayıblar. Belə görünür ki, onlar səngərlər, tank əleyhinə piramidalar və minalanmış ərazilərdən müdafiə xətti çəkirlər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətindəki uğurlarından sonra növbəti məqsəd - Krımın azad edilməsi barədə bəyanatlar səslənməyə başlayıb.
Onun da qeyd edək ki, Zelenski Ukraynanın yarımadanı 6 aydan sonra qaytaracağını bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB