Səfərbər edilmiş “refusenik”lərin arvadları ərlərini zirzəmidən buraxmağı tələb edirlər
"Ərlərimizi qaytarın!"

Ukraynada döyüşməkdən imtina edən Volqoqradlı çağırışçıların arvadları Baş Hərbi Prokurorluğa və Hərbi İstintaq İdarəsinə müraciət edərək ərlərinin azadlığa buraxılmasını tələb ediblər.

Yaxınlarının dediyinə görə, döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri üçün səfərbər olunan 9 nəfər Donetsk vilayətinin Amvrosievka kəndindəki qondarma “refuniklər üçün həbsxana”ya salınıblar.

Arvadlar iddia edirlər ki, ərlərinin “həbsxana” adı ilə salındıqları yer isidilməmiş zirzəmidir, ərlərinə tibbi xidmət göstərilmir, hər kəsə gündə bir ordu payı verilir, onlar fiziki zorakılıqla hədələnirlər.

Qeyd edək ki, səfərbərliyə çağırılan doqquz Volqoqrad sakini “Donetsk Xalq Respublikası” adlanan əraziyə göndərilib. Onlar döyüşmək istəmədiklərini bildirdikdən sonra dekabrın 20-də nəzarətə götürülüblər.

Onların arvadları kollektiv müraciət tərtib edərək, onlara ərləri ilə ünsiyyət qurmaq imkanı verilməsini və onlar üçün dövlət müdafiəsi tədbirlərinin görülməsini tələb ediblər.

Yeri gəlmişkən, bundan əvvəl Rusiya KİV-lərində dəfələrlə hərbi əməliyyatlarda iştirak etməkdən imtina edən səfərbər edilmiş şəxslərin hüquqlarının pozulması - onların tibbi və hüquqi yardım olmadan virtual işgəncə şəraitində saxlanmasından tutmuş cinayət təqibinə qədər davam edən məlumatlar dərc olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə