"Dünya bizim PUA-ların uğurlarını heyrətlə izləyir”

"Dünya bizim PUA-ların uğurlarını heyrətlə izləyir”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin pilotsuz uçuş aparatlarında (PUA) əldə etdiyi uğurun dünya manşetlərində olduğunu bildirib.

Prezident Ərdoğan paytaxt Ankarada Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) Elm Mükafatları Mərasimində çıxış edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ərdoğan çıxışında Türkiyənin Müdafiə Sənayesi sahəsindəki uğurlarına diqqət çəkib.

Dövlət başçısı “Dünya PUA-lardakı uğurumuz haqqında xəbərləri manşetlərə çıxarır, bunu heyrətlə izləyir. Adına mahnıların yazıldığı "Bayraktar TB2" ilə başlayan prosesdə Akıncı SİHA (silahlı pilotsuz uçuş aparatı) sonra da pilotsuz döyüş təyyarəmiz olan "Kızılelma"ya gəldik" deyib.

Müdafiə sənayesindəki bu uğurların yalnız başlanğıc olduğunu vurğulayan Ərdoğan bildirib ki, Türkiyə hazırda keyfiyyət və kəmiyyət baxımından dünya ilə rəqabət aparan müasir, inkişaf etmiş bir elm və texnologiya ekosisteminə sahibdir. Türkiyenin texnoparklarındakı tədqiqat və təkmilləşdirmə və dizayn mərkəzlərində on minlərlə layihə həyata keçirilir.

Prezident bundan sonra da alimlərə təhsillərində dəstək olacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə