Bu dəfə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “sinəsini qabağa verərək” Ukraynanın təklif etdiyi heç bir sülh planının olmadığını, çünki o, Rusiya Federasiyasının yeni dörd subyektinin (?) tanınmasını nəzərə almadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov bu gün bildirib.
“Ukrayna üçün Rusiya ərazisi ilə bugünkü reallıqları nəzərə almayan, dörd yeni rayonun Rusiyaya daxil olması ilə bağlı heç bir sülh planı ola bilməz, bu reallıqları nəzərə almayan heç bir plan ola bilməz, o, sülhpərvər olduğunu iddia edə bilməz”.
Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Kiyevin Ukraynadakı vəziyyəti həll etmək üçün “sülh planı” hazırlaması ilə bağlı xəbərləri guya... şərh edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Avropa Parlamentinin Almaniyadan olan deputatı Qunnar Bek, Rusiyanın maraqlarını nəzərə almadan Avropada universal sülhə nail olmaq mümkün deyil, çünki o, Avropanın ən böyük hərbi gücüdür -deyə bildirmişdi.
Belə görünür ki, Peskovda elə bundan “pərvazlanıb”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB