Qroznıdakı Rusiya Qvardiyasının direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırovu “Hərbi birliyə görə” medalı ilə təltif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zolotov Qroznıya Çeçenistan Respublikası Milli Qvardiyasının departamentlərinin şəxsi heyətinin yerləşdirilməsi üçün binalar kompleksinin açılışına gəlib.
Tədbir zamanı Kadırov “Rusiya Milli Qvardiyasının qoşunlarına verilən tapşırığın yerinə yetirilməsinə köməklik göstərdiyinə və səlahiyyətlərin həyata keçirilməsinə görə” medalı ilə təltif edilib (...deyirəm medalın necə də gözəl adı var-A.B.).
Qeyd edək ki, təqdimetmə mərasimində Viktor Zolotov Ramzanın şəninə gözəl bir nitq də yapıb.
Ölkədən orduya və hüquq-mühafizə orqanlarına dəstək vermək üçün qüvvələrin maksimum səfərbər edilməsini tələb edən indiki vəziyyətdə Rusiya Qvardiyasının regional hakimiyyət orqanları ilə qarşılıqlı əlaqəsi keyfiyyətcə yeni səviyyəyə çatdığını deyərək, bunun bariz nümunəsi kimi Çeçenistan başçısı Ramzan Kadırov və onun komandasını göstərib.
Ramzanın Milli Qvardiyaya göstərdiyi hərtərəfli dəstəyə, həm qoşunların yerləşdirilməsi məntəqələrində, həm də təmas xəttində genişmiqyaslı yardıma görə...medal verib.
Qeyd edək ki, Zolotov medalı şəxsən özü Kadırovun sinəsinə taxıb ki, bu da hər “xoşbəxtə” nəsib olmayan bir haldır ...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB