Medvedev Rusiyanı tərk edən “satqınları” geri qaytarmamağa çağırıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanı tərk edənləri “günlərinin sonuna qədər” geri buraxmamağı və gəlir mənbələrini kəsməyi təklif edib. SİA xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
O vurğulayıb ki, vətənini qoyub xaricə gedən, indi isə “hakimiyyətə sonsuz lənətlər yağdıranlar”, öz ölkələrinə “müharibədə tez məğlubiyyət” arzulayan, Rusiyanın məhvi arzusunda olanlar dövlətin düşmənidir: “Ölkəsinə o qədər nifrət edən, onu məğlubiyyətə və məhvə çağıran xainlərə düşmən ictimai, xalq düşməni kimi baxılmalıdır. Hərəkətlərinin hüquqi keyfiyyətindən asılı olmayaraq”.
Siyasətçi hesab edir ki, belə insanlar geri qaytarılmamalı, onlar Rusiya Federasiyasında “gəlir mənbələrindən tamamilə kəsilməlidir”. O, vurğulayıb ki, onların Rusiyaya qayıtması yalnız əvvəlcədən ictimai tövbə etdikdə, amnistiya və ya əfvlə baş tuta bilər.
“Baxmayaraq ki, onların geri qayıtmaması daha yaxşı olardı”, - deyə Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib.
Bundan əvvəl Medvedev 2023-cü il üçün on "futuristik fərziyyə" dərc edib. O, yeni ildə Aİ-nin dağılacağını, ABŞ-da vətəndaş müharibəsinin və Dördüncü Reyxin meydana çıxacağını proqnozlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB