Bu il İtaliyanın ən isti ili olub

Bu il İtaliyanın ən isti ili olub

2022-ci il İtaliyanın "ən isti ili" olub. Son 70 ilin ən şiddətli quraqlığı il ərzində həddindən artıq istilər və yağıntıların olmaması səbəbindən yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2022-ci ilin ölçmələrin aparılmağa başladığı 1800-cü illərdən bəri qeydə alınan ən isti il ​​olduğu bildirilib. İqlim Elmi mütəxəssisi Bernardo Qozzini 2022-ci ilin dekabrında qeydə alınan yüksək temperaturun son 11 ay ilə eyni olduğunu bildirib. Bu ilin rekordunun yüksək və orta temperaturla bağlı olduğunu qeyd edən Qozzini ölkədə aşağı temperatur rekordunun 2018-ci ildə olduğunu bildirib. Gozzini həmçinin bildirib ki, Yeni il ərəfəsində ölkə daxilində hava istiliyinin orta göstəricidən 5-6 dərəcə yüksək olacağı gözlənilir.

Son 70 ilin ən pis quraqlığı

İtaliyada il ərzində həddindən artıq istilər və yağıntıların olmaması səbəbindən son 70 ilin ən şiddətli quraqlığı yaşanıb. İtaliya Kənd Təsərrüfatı Birliyi də bu ilki quraqlığın xüsusilə kənd təsərrüfatı sektorunda 6 milyard avro itkiyə səbəb olduğunu bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə