"TikTok" sosial şəbəkəsi qadağan edildi

"TikTok" sosial şəbəkəsi qadağan edildi

ABŞ-ın rəsmi dövlət qurumlarında "TikTok" sosial şəbəkəsi qadağan edilib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Respublikaçılar Partiyasının nümayəndəsi Nikol Malliotakis bildirib ki, iki il əvvəl bu addım hərbi dairələrdə atılıb.

"Onların ardınca daxili təhlükəsizlik departamenti qərar verib. "TikTok"un hazırkı qadağası bu addımın məntiqi davamıdır", - partiya rəsmisi qeyd edib.

Məlumata görə, 100 milyon amerikalı "TikTok" istifadəçisidir. Çin mərkəzli şəbəkənin bütün ABŞ ərazisində qadağan olunması istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə