Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar

Rusiya qüvvələri Xersondakı doğum evini atəşə tutublar

Rusiya işğalçı qoşunları işğaldan azad edilmiş Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmağı dayandırmır. Çərşənbə axşamı, dekabrın 27-də onlar yenidən xəstəxananın doğum şöbəsinə zərbə endiriblər. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko teleqramda bildirib.

“Bu gün 2 körpənin doğulduğu yer atəşə tutulub. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə doğuşdan sonra 5 qadın var”, - o yazıb.

Timoşenko qeyd edib ki, möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi - həm həkimlər, həm də pasiyentlər.

Bütün xəbərlər Facebook səhifəmizdə