Qeyd edək ki, İzabel duş Santoşun əvvəllər Afrikanın ən zəngin qadını sayılırdı. Hazırda o, Anqolada o, mənimsəmə, çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur. Yeri gəlmişkən deyim ki, İzabel nə qədər də olmasa yerlimizdir, yəni Bakıda anadan olub.
Beləliklə, Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Jornal de Angola” məlumat yayıb.
Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB