Münaqişə davam edərsə, on ildən sonra Almaniya özü Rusiyaya qarşı müharibə edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri alman politoloqu Qustav Qressel deyib.
“Ukraynaya hərbi dəstəyin alternativi on il ərzində Rusiyanın özünə qarşı müharibə aparmaqdır”.
Qeyd edək ki, bunu da Qresse deyib.
Onun sözlərini Almaniyanın “Focus” nəşri sitat gətirib. Maraqlıdır ki, Qressel Kiyevə hücumu da istisna etmir.
O, Avropa İttifaqını və Almaniya kansleri Olaf Şolzu da tənqid edir: “Problem ondadır ki, biz Avropada daha çox siyasi liderlər arasında boşboğazlıqla məşğul oluruq”.
Qressel hesab edir ki, Avropa İttifaqı və Almaniya rəhbərliyi Rusiya ilə nüvə bərabərsizliyinə görə hərəkətə keçməkdən qorxur.
Bundan əvvəl guya Almaniya növbəti dəfə Kiyevə silah verməkdən imtina edib. Belə ki, Nazirlər Kabineti, Almaniyanın Kiyevə göndərilməsi üçün “Patriot” raketdən müdafiə sistemlərinin olmadığını bildirib.
Qeyd edək ki, bunu isə RT telekanalı xəbər verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB