Rusiya prezidenti Vladimir Putin ABŞ və onun müttəfiqlərinin Rusiya Federasiyasında neftin qiymətinə yuxarı həddi tətbiq etməsinə cavab olaraq xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiya portalında yer alıb.
Beləliklə, fərmanın mətnində deyilir ki, “ABŞ-ın eləcə də onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost, beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar, Rusiyanın milli maraqlarını qorumaq məqsədilə xüsusi tədbirlər tətbiq edilir.
Sənəd neft və neft məhsullarının Rusiya Federasiyasından müqavilələrdə qiymət həddi müəyyən edən ölkələrə tədarükünü qadağan edir.
Müqavilələrində birbaşa və ya dolayısı ilə marjinal xərclərin müəyyən edilməsi mexanizminin tətbiqini nəzərdə tutan xarici hüquqi və fiziki şəxslərə yanacağın ixracına da icazə verilmir.
Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək və 2023-cü il iyulun 1-dək qüvvədə olacaq. Qiymət tavanının tətbiqinə qoşulan ölkələr Rusiya neftini yalnız Rusiya Federasiyası prezidentinin xüsusi icazəsi əsasında ala biləcəklər.
Qeyd edək ki, Putin Energetika Nazirliyinə fərmanın icrasına nəzarət etməyi tapşırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB