"Rusiyadan gedənlər özləri adlarının afişalarından çıxarılmasını istəyirlər"
Maraqlıdır, Rusiyanı tərk edən bir çox mədəniyyət xadimləri artıq özləri adlarının rus teatrlarının afişalarından çıxarılmasını tələb etməyə başlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rus saytlarına müsahibəsində Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova bildirib.
O da maraqlıdır ki, rusiyalı mədəniyyət naziri də öz növbəsində “borclu” qalmaq istəməyib və guya yerli tamaşaçıların da bəzi müəlliflərin adlarının afişalarından çıxarılmasını tələb etdiklərini deyib.
Lakin Lyubimovanın sözlərinə görə, teatrlar öz baxışlarına baxmayaraq, "üsyançı" müəlliflərinin əsərlərini nümayiş etdirməyə davam edəcəklər. Lyubimova qeyd edib ki, “15 ildir yaradılmış repertuar ona görə məhv edilməməlidir ki, on il əvvəl qonorar alan rejissor iki həftə əvvəl bu ölkəni tərk edib və ya sosial şəbəkələrdə nəsə yazıb”.
Mədəniyyət Nazirliyinin rəhbəri onu da etiraf edib ki, teatrların fəaliyyətini davam etdirməsi üçün afişalardan adların silinməsi kompromis ola bilər.
Rusiya hökumətinə və şəxsən özünə təsir edən sanksiyalardan danışan nazir qeyd edib ki, onda “nə həvəs, nə də ümidsizliklə bağlı heç bir göz yaşları yoxdur”. Mədəniyyət Nazirliyi rəhbərinin sözlərinə görə, Qərb dövlətləri Rusiya ilə əlaqəni kəsməklə guya bir növ öz tamaşaçılarını "soyurlar".(?)
Qeyd edək ki, Rusiyada Ukrayna ilə müharibə başlayandan sonra müxalif düşüncəli müəlliflərin, rejissorların və aktyorların əsərləri və tamaşaları ləğv olunmağa başlayıb. Məsələn, hələ o vaxt aprelin 20-də Moskvanın “Elektroteatrı Stanislavski”sində açıq şəkildə müharibəyə qarşı çıxan aktrisa Yuliya Auqun iştirakı ilə “Bağ” tamaşasını o dəqiqə ləğv edildi. Əvvəlcə tamaşanın ləğvi rəsmi olaraq texniki səbəblə əlaqələndirildi. Lakin tamaşanın başlamasına bir neçə saat qalmış Vahid Rusiyadan olan deputat Aleksandr Xinşteyn Moskva Mədəniyyət Departamentinə müraciət edərək aktrisanı “rusofob” adlandırdı və...
Xatırladaq ki, hazırda Moskvada və Rusiyanın bəzi digər şəhərlərində Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı çıxış edən rejissorlar Kirill Serebrennikov və Dmitri Krımovun, eləcə də yazıçı Boris Akuninin adları teatrın afişalarından çıxarılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB