Qaraçay-Çərkəzdən olan Federasiya Şurasının keçmiş üzvü Rauf Araşukov və onun atası, “Qazprom Mejregionqaz” şirkətinin baş direktorunun keçmiş müşaviri Raul Araşukov ömürlük həbs cəzasına məhkum edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar cinayətkar birlik yaratmaqda, qətllərdə, oğurluq və mənimsəmədə ittiham olunublar. Bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu ilin sentyabrında Moskva Şəhər Məhkəməsinin andlılar heyəti Araşukovları bütün ittihamlar üzrə təqsirli bilib.
Senator Rauf Araşukov 2019-cu il yanvarın 30-da Federasiya Şurasının iclas zalında, atası Raul Araşukov isə “Qazprom”un Sankt-Peterburq ofisində saxlanılıb.
Rauf Araşukov atasının göstərişi ilə Adıge-Xase hərəkatının sədri Aslan Jukov və respublika prezidentinin müşaviri Fral Şebzuxovun qətlini təşkil etməkdə ittiham olunur.
Rusiya hüquq mühafizə nümayəndələrinin fikrincə, Raul Araşukovun yaratdığı cinayətkar qrup ən azı 17 il fəaliyyət göstərib. O, həmçinin 30 milyard rubl məbləğində təbii qazın oğurlanmasında da əli hesab olunur.
Senator Rauf Araşukov da öz növbəsində məmurlar və polislə lazımi əlaqə yaradıb, onlara təsir edib, həmçinin cinayətkar təşkilatın fəaliyyətini dayandıra biləcək şəxslərin müəyyən vəzifələrə təyin olunmasının qarşısını alıb.
Deyilənlərə görə, axtarış zamanı ondan qızıl külçələr, kolleksiya silahları və valyuta götürülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB