Fatih Dönmez Sakarya qaz yatağının ehtiyatı barədə məlumat verib

Fatih Dönmez Sakarya qaz yatağının ehtiyatı barədə məlumat verib

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Sakarya qaz yatağının ehtiyatının 710 milyard kubmetrə çatdığını söyləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Dönmez prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni təbii qaz kəşfinin təfərrüatları ilə bağlı mətbuat konfransı keçirib.

Qaz yatağında 50-dən çox gəmi ilə intensiv iş aparıldığını qeyd edən nazir Dönmez orada hasil ediləcək qazın quruya çıxarılması ilə bağlı 3 xəttin tikinti işlərinin aparıldığını, sınaqların davam etdiyini, 170 kilometrlik magistral xəttin çəkildiyini bildirib.

Nazir Fatih Dönmez qurudakı təbii qaz emalı qurğusunun ilk mərhələdə gündə 10 milyon kubmetr qaz emal edəcəyini, ikinci mərhələ ilə isə bunun 40 milyon kubmetrə çatdırılacağını açıqlayıb.

Qaz yatağında 10 quyunun qazıldığını xatırladan F.Dönmez ikinci mərhələdə burada daha 30-dan çox quyu qazmağa davam edəcəklərini, 2026-cı ilə qədər buradakı bütün quyu qazma işlərini tamamlayacaqlarını vurğulayıb.

Dönmez onu da əlavə edib ki, ilk kəşfi Tuna-1 quyusu ilə birlikdə ilk elan etdik. Bu, 2020-ci ildə 405 milyard kubmetrlik bir kəşf idi və 2020-ci ildə dənizlərdə edilən dünyanın ən böyük kəşfi olaraq qeyd edildi. İkinci kəşfimizi 2021-ci ildə Amasra-1 quyusu ilə elan etdik. Orada isə 135 milyard kubmetr ehtiyat var. Həmin tarixdən etibarən 2021-ci ildə dünyanın ikinci ən böyük kəşfi olaraq qeyd edildi. Beləliklə Çaycumanın kəşfi ilə cəmi 710 milyar kubmetr kəşfə çatıldı.

Aralıq dənizində aparılan təbii qaz axtarış fəaliyyətlərinə toxunan nazir F.Dönmez bu çərçivədə "Əbdülhəmid Han" qazma gəmisinin "Yörükler-1" quyusunda işlərini tamamladığını və Mersinin Taşucu sahili yaxınlığındakı 2-ci yerdə işini davam etdirdiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə