Peskov and-aman edir ki, bu yalandır...

Rusiya prezidentinin mətbuat katibi Ermənistanın İttifaq dövlətinə qoşulmağa məcbur edilməsi ilə bağlı bəyanatları təkzib edib
Peskov and-aman edir ki, bu yalandır...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvanı İttifaq dövlətinə qoşulmağa məcbur etdiyi iddia edilən bəyanatı təxribat xarakteri daşıyır və reallığa uyğun gəlmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı, dekabrın 27-də Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu cür bəyanatları təxribat xarakterli hesab etmək olar. Onlar doğru deyil”-deyən Peskova istinadən rus saytları xəbər verirlər ki, “...Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb. Armen Qriqoryan dekabrın 27-də müvafiq bəyanatla çıxış edib. Onun sözlərinə görə, Moskva Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etməklə yanaşı, guya Laçın dəhlizi məsələsində İrəvana təzyiq edib”.

Qeyd edək ki, həmin gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb. Tədbirdə Rusiya lideri ölkələr arasında iqtisadi əməkdaşlığın müsbət inkişaf etdiyini qeyd edib, həmçinin Qarabağdakı vəziyyətin tənzimlənməsini əsas aktual məsələ adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə