Daşqınlar nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb

Daşqınlar nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə çatıb

Filippində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib.
SİA xəbər verir ki, Filippin Fövqəladə Hallar İdarəsindən verilən məlumata əsasən, təbii fəlakət nəticəsində 13 nəfər ölüb, 6 nəfər xəsarət alıb və 23 nəfər itkin düşüb.
Ölkənin azı 6 rayonunda, o cümlədən 18 əyalətdə leysan yağışları nəticəsində yaşanan daşqınlar səbəbindən təxminən 45 382 nəfərin təxliyə edildiyi qeyd edilib.
Təbii fəlakət nəticəsində 44 mindən çox ailənin zərər çəkdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə