“Türkiyə bu gün regional və qlobal sülhə xidmət edən sabitləşdirici gücdür''

“Türkiyə bu gün regional və qlobal sülhə xidmət edən sabitləşdirici gücdür''

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, dünyada çox ciddi enerji böhranı var və Türkiyə enerji böhranını idarə edərkən,ölkənin enerji mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atır.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fəxrəddin Altun paytaxt Ankarada təşkil edilən “Çətin illər” adlı sərginin açılışında etdiyi çıxışda bildirib.
1970-ci illərdə dünyada yaşanan enerji böhranını xatırladan Altun Türkiyənin də o illərdə bir çox sosial və iqtisadi problemlərlə mübarizə apardığını vurğulayıb.
Fəxrəddin Altun deyib: “1970-ci illər dünyada ciddi enerji və neft böhranı yaşanıb və Türkiye də bu böhranlardan çox təsirlənib”.

Bu gün dünyada çox ciddi enerji böhranının olduğunu vurğulayan Altun deyib: “Ancaq bugünkü Türkiyə bu enerji böhranını idarə edir, hətta Türkiyəni enerji mərkəzinə çevirmək üçün mühüm addımlar atır”.
Türkiyənin 2002-ci ildən sonra çox ciddi siyasi, sosial və iqtisadi transformasiya və sıçrayış yaşadığını və bu gün dünyada yaşanan böhranlara baxmayaraq bir sabitlik adası olduğunu vurğulayan Altun:“Türkiyə bu gün regional və qlobal sülhə xidmət edən sabitləşdirici gücdür''.

Bütün xəbərlər Facebook səhifəmizdə