Çinin xarici işlər naziri ABŞ dövlət katibini ikili siyasətinə görə "danlayıb"?
ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri ilə telefon danışığında Çin prezidenti Si Tszinpin tərəfindən aparılan iki yüksək səviyyəli danışıqların təfərrüatlarını öyrənmək cəhdində məğlub olub(?)
Rus saytlarının yazdığına görə, buna cavab olaraq Çinin xarici işlər naziri Vanq Yi amerikalı diplomatı ikili münasibətə görə “danlayıb”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə dekabrın 27-də hindistanlı köşə yazarı və keçmiş diplomat, “Asia Times” onlayn qəzetinin müəllifi Melkulanqara Bhadrakumar yazıb.
Beləliklə, köşə yazarının sözlərinə görə, Blinken dekabrın 23-də Çin sədri Si Tszinpinlə Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü Dmitri Medvedev arasında aparılan danışıqların məzmununu öyrənməyə çalışarkən Vanq Yi ilə telefon danışığında uğursuzluğa düçar olub.
“Blinken yəqin ki, Ştaynmayerin dekabrın 20-də Si ilə telefon danışığı və Medvedevin Pekinə gözlənilməz səfəri və dekabrın 21-də Si ilə görüşünün dünya səhnəsində baş verən hadisələr üçün böyük əhəmiyyət kəsb etdiyini əsaslandırıb”. Bunu yazan hindistanlıya görə, Blinkenin ən böyük uğursuzluğu kimi onun Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə söhbətinə problemli Amerika-Çin məsələlərindən başlamasını göstərir. Bundan əlavə, o, Çində COVID-19-a yoluxma ilə bağlı vəziyyətə toxunub.
Və yalnız bundan sonra o, beynəlxalq ictimaiyyət üçün şəffaflığın əhəmiyyətinə keçib.
Hindistanlı köşə yazarının fikrincə, Entoni Blinken bununla dövlət katibi kimi missiyasını “yöndərsizcə” yerinə yetirib.
“Vanq Yinin Blinkeni dialoqa girməyə və susdurmağa, eyni zamanda əməkdaşlıqdan danışaraq Çinin kürəyinə bıçaq dəydiyinə görə sərt şəkildə “tənbeh etməsi” təəccüblü deyil. Bundan əvvəl Çinin xarici işlər naziri Van Yi Çin və Rusiya arasında strateji qarşılıqlı etimadın gücləndiyini bildirərək, Çin-Rusiya münasibətlərini “monolit kimi güclü” adlandırmışdı”.
Bunu da hindistanlı köşə yazarı yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB