Erməni nazir rusların respublikanı tərk etməməsi üçün hər şeyi etməyə çağırıb
Qoymayın, qaçarlar...

Ermənistan hakimiyyəti Ermənistana köçən və orada işləyən rusların respublikada mümkün qədər uzun müddət qalması üçün hər şeyi etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ermənilərin iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə komissiyasının iclasında çıxış edən Kerobyan qeyd edib ki, nazirlik artıq Rusiya Federasiyasından köçürülənlər üçün təklif olunan vergi dərəcəsinin artırılmasının vətəndaşlara ən az təsir göstərməsini təmin etmək üzərində işləyir.

Öz növbəsində, “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan da, rusiyalı mütəxəssislərin Ermənistanın informasiya texnologiyaları sahəsində vəziyyətə müsbət təsir etdiklərini, ona görə də bu effekti saxlamaq üçün hər şey etmək lazım olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya Federasiyasını tərk etmiş vətəndaşlar nəinki uzaqdan Rusiya şirkətlərində işləyirlər, həm də Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bütün güzəştlərdən istifadə edirlər. Dövlət Dumasının spikeri üstünlükləri ləğv etməyi və onlar üçün artırılmış vergi dərəcəsini tətbiq etməyi təklif edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə