Roqozin yaşayacaq...

Ukrayna Silahlı Qüvvələrinin Donetskdə mehmanxananı atəşə tutması nəticəsində yaralanan “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin boyun fəqərəsindən “qəlpə” çıxarmaq üçün əməliyyat olunub. Deyirlər, əməliyyat uğurla keçib, yaşayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Roqozinin köməkçisi məlumat verib.

“Dmitri Oleqoviç boyun fəqərəsi nahiyəsindən Ukrayna döyüş sursatının bir parçasını çıxarmaq üçün “mürəkkəb”(?) əməliyyat keçirib. Əməliyyat uğurla keçdi, o, sağalır”.

Roqozinin köməkçisi deyib bunu.

Xatırladaq ki, Roqozin dekabrın 22-də iclasda iştirak edərkən Ukrayna Silahlı Qüvvələrinin Donetskdə mehmanxananı atəşə tutması nəticəsində yaralanıb.

O, onurğa nahiyəsində mina parçası ilə xəstəxanaya yerləşdirilib. Donetsk və Rostov-na-Donudakı həkimlər “Roskosmos”un keçmiş rəhbərini əməliyyat etməkdən imtina ediblər, çünki əməliyyat çox mürəkkəb əməliyyatmış. Ona görə də, Roqozin Moskvaya aparılıb və orada əməliyyat olunub.

Deyirəm, belə getsə, tezliklə onun ön cəbhədə yaralandığı deyiləcək. Çünki rus saytları ötən gün onun Donetskdəki “Şeş-Beş” restoranında ad gününü keçirərkən yaralandığını yazmışdılar. Bu gün is onun guya iclasda yaralandığı deyilir.

Amma bir şeyə inanıram.., Roqozinin “qana-qan” deməsinə.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə