Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti pisləşib, o, ailə üzvləri və yaxınları ilə vidalaşır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə elit idmançılara kommersiya və təşkilatçılıq xidmətləri göstərən britaniyalı iş adamı Frank Xalid sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, üçqat dünya çempionu xərçənglə mübarizədə artıq uduzur.
Qeyd edək ki, Pele ödem və ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədənin artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib.
Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.
Yeri gəlmişkən, Pele, Qətərdə keçirilən Dünya Çempionatı zamanı dəfələrlə sosial şəbəkələrdə mesajlar yerləşdirib, o, xüsusilə azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və tezliklə sağalmalarını arzulayıb.
Daha əvvəl Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov Beynəlxalq Futbol Federasiyasının Rusiya yığmasının Asiya Futbol Konfederasiyasına keçəcəyi təqdirdə, 2026-cı il dünya çempionatının seçimində iştirakına mane olmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB