Şotlandiyanın müstəqilliyi Böyük Britaniyanı təhlükəli vəziyyətə sala bilər, çünki hadisələrin bu cür inkişafı ölkəni Rusiyanın təsir dairəsinə sala bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “Daily Express”ə müsahibəsində xarici siyasət üzrə ekspert Əzim İbrahim deyib.
“Şotlandiyanın müstəqilliyi Böyük Britaniyanı çox qəribə və təhlükəli vəziyyətə salacaq, çünki Rusiya prezidenti Vladimir Putinin ona nəzarət etməyə çalışacağı ehtimalı var” –deyən ekspert izah edib ki, Britaniya şirkətləri müstəqil Şotlandiyadan getdikdən sonra Edinburqun iqtisadi dəstəyə ehtiyac olacaq. Və təbii ki, bu iqtisadi dəstəyi onlara Rusiya və ya Çin verə bilər.
Əzim İbrahim qeyd edib ki, həyat sığortası şirkətlərinin ölkədən getməsi ölkəyə xüsusi təsir edəcək, çünki dövlət bu sahədə liderdir. Eyni zamanda, bu təşkilatların əksəriyyəti artıq “buraxmaq məcburiyyətində qalacaqlarını” elan ediblər”. “Beləliklə, Şotlandiya iqtisadi baxımdan çox həssas vəziyyətdə olacaq. Və iqtisadiyyat qorunmazsa, təbii ki, Putin kimi insanlar, Şotlandiyaya kömək etmək üçün can atacaqlar”.
Ekspert əmindir ki, belə bir ssenari Böyük Britaniyanı xeyli zəiflədəcək və onun təhlükəsizliyinə zərbə vuracaq, çünki onun yanında Çin və ya Rusiyanın pulla kömək etdiyi bir ölkə olacaq.
Xatırladaq ki, Şotlandiyanın birinci naziri Nikola Sturgeon dəfələrlə 2023-cü ildə referendum keçirmək planlarını açıqlasa da, bu, Böyük Britaniyanın keçmiş baş nazirləri tərəfindən yatırılıb. Onlar öz hərəkətlərini onunla izah ediblər ki, adanın şimal hissəsinin sakinləri artıq 2014-cü ildə bununla bağlı öz iradələrini bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB