Rusiya Ukraynadakı vəziyyətlə bağlı məlumatı Almaniya Federal Kəşfiyyat və Əks Kəşfiyyat Xidmətinin bir müddət əvvəl dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilən əməkdaşı vasitəsilə əldə etmiş ola bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi Almaniyanın “WDR” və “NDR” yayım şirkətləri məlumat yayıb.
Belə ki, KİV-in məlumatına görə, Əks Kəşfiyyat Xidmətinin zabiti Karsten L., görünür, Rusiyaya cəbhədəki vəziyyəti qiymətləndirən gizli hesabatlar göndərib.
Hazırda şübhəlinin şantaj edildiyi də bildirilir. Qeyd edək ki, Almaniyanın baş prokuroru və əks-kəşfiyyat xidməti mətbuatda yayılan xəbərləri şərh etmir.
Bundan əvvəl Əks Kəşfiyyat Xidməti federal prokurorluğu öz idarəsində casusluqda şübhəli bilindiyi barədə məlumatlandırmışdı. Hazırda faktla bağlı araşdırma aparılır. Carsten L. keçən çərşənbə günü həbs edilib və hazırda həbsdədir. Baş prokuror onu dövlətə xəyanətdə, xüsusən də şübhəlinin 2022-ci ildə Rusiyaya məxfi məlumatları ötürməklə dövlət sirrini yaymaqda ittiham edib.
Yeri gəlmişkən, müharibə dövründə düşmən dövlətlərin kəşfiyyat xidmətlərinə agent cəlb etmək son dərəcə çətin və baha başa gələn bir iş hesab olunur. Almaniyanın ədliyyə naziri Mark Buşmanın sözlərinə görə, əgər şübhə təsdiqlənərsə, bu, Rusiya casus şəbəkəsinə əhəmiyyətli zərbə olacaq.
Xatırladaq ki, hələ yazda Berlin Almaniya xüsusi xidmət orqanlarının məlumatına görə, diplomatik pərdə altında kəşfiyyat fəaliyyəti ilə məşğul olan 40 Rusiya vətəndaşını ölkədən çıxarmışdı. Amma bununla belə, alman xüsusi xidmət orqanları Almaniyada xeyli sayda rus casusunun qaldığına əmindirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB