Moskvada 260 kq marixuana ilə narkotik alverçiləri saxlanılıb

Moskvada 260 kq marixuana ilə narkotik alverçiləri saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiyanın cənubundan Moskva vilayətinə narkotik vasitələrin tədarükü üçün regionlararası kanalın qarşısını kəsiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev jurnalistlərə bildirib.

“Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın cənub bölgələrindən marixuananın gətirilməsi ilə bağlı cinayət sxemi ilə məşğul olan narkotik qrupunun 6 üzvü saxlanılıb. 260 kiloqrama yaxın qadağan olunmuş iksir götürülüb”. Kolokoltsev deyib bunu.

Rus saytlarının yazdığına görə, ilk şübhəli şəxs hələ bir neçə ay əvvəl saxlanılıb. Moskva əməliyyatçıları onun avtomobilini saxlayıb və yük yerindən çəkisi təxminən 6 kiloqram olan yeddi bağlama marixuana aşkar ediblər.

Üç aydan sonra Moskvaya Krımdan hər birinin çəkisi təxminən 1 kq olan 27 bağlama marixuana gətirən başqa bir şübhəli saxlanılıb. Həmin şəxs narkotik vasitəni daha sonra saxlanmaq və satış ortağına ötürməyi planlaşdırıbmış.

Yoxlama zamanı onun mənzilindən ümumi çəkisi 79 kq-a yaxın olan 14 qutu narkotik maddə götürülüb. Mənzil sahibi də saxlanılıb.

Sonuncu iş üzrə təqsirləndirilən şəxs yeni marixuana partiyası ilə Moskvaya gələn Krım sakini olub. Onun çamadanında polis 33 bağlama narkotik tapıb, həmin şəxs və onun iki şəriki saxlanılıb. Qrup üzvlərindən birinin qarajından 130 kq-dan çox marixuana aşkar edilib.

Qeyd edək ki, narkotik vasitələrin istehsalı, satışı və ya ötürülməsi maddəsi ilə 5 cinayət işi başlanıb. Bu cinayətə görə ən yüksək cəza 10 ildən 20 ilədək həbs cəzası kimi ciddi rejimli koloniyalarda saxlanılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə