Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Hərbi-Sənaye Komissiyasının tərkibinə daxil edilib.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənədin mətninə əsasən, Medvedev komissiya sədrinin birinci müavini olacaq. O, sədrinin tapşırığı ilə hərbi-sənaye kompleksinin iclaslarını keçirə, fəaliyyəti ilə bağlı məsələlərə baxmaq və onların həlli ilə bağlı təkliflər hazırlamaq üçün fəaliyyət istiqamətləri üzrə şuralar, işçi qrupları yarada biləcək.
Putin komissiyaya və onun kollegiyasına Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovu, iqtisadi inkişaf nazirinin müavini Maksim Kolesnikovu, Rostexnadzorun rəhbəri Aleksandr Trembitskini və digər səkkiz yüksək rütbəli məmuru da daxil edib.
Xatırladaq ki, hərbi-sənaye kompleksi, müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının hərbi-texniki təminatı sahəsində dövlət siyasətinin təşkili üçün yaradılmış daimi fəaliyyət göstərən orqandır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB