"Biz Qərbin arxasınca qaçmaq fikrində deyilik"

Lavrov ABŞ-ı “tarixin sonunu” yaratmaq niyyətində ittiham edib
"Biz Qərbin arxasınca qaçmaq fikrində deyilik"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya media rəhbərləri ilə görüşündə, ABŞ-ın “tarixin sonunu” qurmağa çalışdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, açılış nitqinin mətni diplomatik departamentin saytında dərc olunub.

Qeyd edək ki, Lavrov, Cozef Bayden administrasiyasının siyasətini önə çəkərək, “onlar məhz bunu istəyirlər ki, “tarixin sonu” təkcə siyasi analitiklərin, politoloqların və tədqiqatçıların əsərlərində deyil, real həyatda da baş versin”-deyə bildirib.

Lavrovun sözlərinə görə, Vaşinqtonun dünya dövlətlərinə ünvanladığı anti-Rusiya mövqeyini tutmaq və sanksiyalara qoşulmaq tələbləri tarixin sonunu qurmaq cəhdi olmaqla yanaşı, qızıl milyardın son və dönməz hökmranlığıdır.

Maraqlıdır ki, rusiyalı diplomat ABŞ-ın bu cür cəhdlərini antitarix, çoxqütblü dünyanın obyektiv formalaşmasını dayandırmağa, boğmağa yönəlmiş bir hal kimi dəyərləndirib. Lavrova görə, tarixin gedişatını dayandırmaq olmaz: “Biz Qərbin arxasınca qaçmaq fikrində deyilik”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə