Ramzan Kadırov xəbərdarlıq edib ki, Rusiya ordusu Amerika Patriot sistemlərini və istənilən düşməni “aşacaq”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Çeçenistan rəhbəri bu barədə dekabrın 26-da özünün Telegram kanalında yazıb.
Ramzanın sözlərinə görə, Rusiya bu gün Ukrayna vasitəsilə ölkəyə sırımağa çalışdıqları Qərbin zərərli və kinli ideologiyasına uğurla müqavimət göstərir.
Bununla yanaşı, Kadırov Vladimir Vladimiroviç Putinin müdrik və uzaqgörən siyasətinə diqqət çəkib.
Kadırov onu da qeyd edib ki, Rusiya Federasiyası prezidentinin Rusiyanın düşmənlərindən fərqli olaraq heç bir kin və eqoist motivdən uzaq nəcib məqsədləri var.
“Buna görə də biz təkcə Amerika Patriot sistemlərini deyil, bizə qarşı silah yönəltməyə cəsarət edən hər kəsi “vuracağıq”!
Ramzana görə, düşmənlər bunu anlayanda özləri də diz çöküb danışıqlar aparmağı xahiş edəcəklər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ramzan Kadırov Zaporojye və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinə məxsus silah və sursatların olduğu “onlarla və yüzlərlə” anbar tapıldığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB