Ruslar 3 əsgər itirdiklərini deyirlər, təyyarələrə isə zərər dəyməyib?
Ukraynanın nəzarətində olan ən yaxın ərazidən təxminən 700 kilometr aralıda olan Engels aerodromu dekabrın 5-də Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı.
Qeyd edək ki, Engelsdəki hava bazasında “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr yerləşir.(...qeyd edım ki, mən sovetlər dövründə hərbi xidmətimi rabitəçi kimi məhz Engelsdəki hava bazasında yerinə yetirmişəm-A.B.)
Onu da qeyd edək ki, Rusiya təyyarələri məhz bu aerodromdan Ukraynadakı hədəflərə hücum edir.
“Tu-95MS” və “Tu-160” nüvə silahı daşıyıcılarıdır və Rusiyanın nüvə qarşısının alınması qüvvələrinin bir hissəsidir.
Yeri gəlmişkən, qeyd edim ki, Ukraynanın artıq ikinci dəfə bombaladığı Engels aerodromu, deyildiyi kimi, Ukrayna ərazisində 700 kilometr məsafədə yerləşir. Xatırladım ki, Ukrayna ilə sərhədində yerləşən və tez-tez ukraynalıların hədəfinə tuş gələn Belqorodla Moskava arasındakı məsafə 700 kilometrdən də az olmalıdır. Nə isə bizlik deyil.
Beləliklə, Rusiya Müdafiə Nazirliyi dünən axşam saatlarında strateji bombardmançıların yerləşdiyi Saratov vilayətinin Engels şəhərindəki hərbi aerodromda partlayışlar baş verməsi barədə məlumatı təsdiqləyib. Özü də, dediyimiz kimi, ikinci dəfə.
Bu arada ruslar Ukraynaya məxsus pilotsuz təyyarəni vurduqlarını iddia edirlər. Bununla belə 3 rus əsgər itirdiklərini də etiraf edirlər. Təyyarələrin isə guya zədələnmədiyini deyirlər.
Ou da qeyd edək ki, Saratov vilayətinin qubernatoru Roman Busargin öz teleqram kanalında, hərbi obyektdə baş verən insidentlə bağlı məlumatın hüquq-mühafizə orqanları tərəfindən yoxlanıldığını yazıb. O, iddia edir ki, şəhərin yaşayış massivlərində heç bir fövqəladə hadisə baş verməyib, yəni mülki infrastruktura ziyan dəyməyib.
Maraqlıdır ki, Ukrayna tərəfi baş verənləri rəsmi olaraq nə təsdiq və ya təkzib etməyib, lakin... Amerika mediası Ukrayna rəsmilərinə istinadən əminliklə, məhz bunu Ukrayna hərbçilərinin modernləşdirilmiş sovet dronlarının köməyi ilə endirdiyi zərbələr olduğunu bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB