Avstriyada qar uçqunu altında qalan 10 nəfər xilas edilib

Avstriyada qar uçqunu altında qalan 10 nəfər xilas edilib

Avstriyanın Forarlberq regionunda qar uçqunu altında qalan 10 nəfər xilas edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avstriyanın Alp dağlarında məşhur qış idmanı mərkəzində dünən (25 dekabr) yerli vaxtla saat 15.00 radələrində baş verən qar uçqunu nəticəsində 10 nəfər qar altında qalıb.

Polisdən verilən açıqlamada, çox sayda helikopter, axtarış itləri və xilasetmə qruplarının iştirak etdiyi axtarış işləri çərçivəsində 10 nəfərin xilas edildiyi bildirilib.

Polis qar uçqunun Lech/Zuers xizək zonasında 2700 metr hündürlükdə düşdüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə