Nyu-York əyalətinin Buffalo şəhəri tarixinin ən şiddətli çovğunu ilə üz-üzədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Keti Hokul videomüraciətində bildirib.
"Biz müharibə aparırıq. Bu, ana təbiətlə müharibədir. O, sahib olduğu hər şeylə bizə hücum edir. Bu, bir çox döyüşlərdən və çovğunlardan sağ çıxan Buffalonun tarixinə ən dağıdıcı fırtına kimi düşəcək", - deyə qubernator bildirib.
Onun sözlərinə görə, çovğun şəhərdə 7 nəfərin ölümünə səbəb olub və ölənlərin sayı arta bilər. Ölənlərin bəziləri maşınlarında donub. Hokul bildirib ki, əyalət səlahiyyətliləri kəskin hava şəraiti səbəbindən müxtəlif ərazilərdə köməksiz qalan yüzlərlə insana yardım ediblər.
Nyu York qubernatorunun sözlərinə görə, cümə axşamı elan edilmiş fövqəladə vəziyyət rejimi davam edəcək. Nyu-Yorkun bir sıra ərazilərində magistral yollar bağlanıb, yerli sakinlərdən evdə qalmaları və imkan daxilində nəqliyyatdan istifadə etməmələri xahiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB