Selfi çəkdirmək istəyərkən öldü - DƏHŞƏTLİ HADİSƏ

Selfi çəkdirmək istəyərkən öldü - DƏHŞƏTLİ HADİSƏ

Türkiyədə bir rusiyalı selfi çəkdirmək istəyərkən ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə dekabrın 25-də baş verib. Serik şəhərində qalan Rusiya vətəndaşları - 35 yaşlı Stanislav İvançenko, 54 yaşlı Nataliya Filimonova və 34 yaşlı Anna Filimonova Antalyanın Köprülü Kanyonuna gəzintiyə çıxıblar. Çəkiliş zamanı kişi müvazinətini itirərək 35 metrlik qayadan yıxılıb.

Qeyd olunub ki, İvançenko yıxıldıqdan dərhal sonra dünyasını dəyişib. Hadisə yerinə baxış keçirildikdən sonra meyit yarılmaq üçün Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə