İranda daha 2 müəssisə bağlanıb

İranda daha 2 müəssisə bağlanıb

İranın Loristan əyalətinin Burucerd şəhərində ticarət mərkəzində 2 iş yeri məcburi hicab qanununu pozduğuna görə bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Burucerd valisinin müavini Emin Qudrezi mövzu ilə bağlı məlumat verib.

Qudrezi "Diplomat Mərkəzində fəaliyyət göstərən iki iş yeri işçilərinin hicab qaydasına əməl etməməsi səbəbindən möhürlənib" deyib. Sözügedən təcrübənin şəhər prokurorluğunun çıxardığı qərarla həyata keçirildiyini bildirən Qudrezi, ticarət mərkəzindəki iş yerlərinin məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini qeyd edib.

Dekabrın 25-də İranın Qum əyalətində onlarla mağazanın yerləşdiyi və 700 nəfərin çalışdığı ticarət mərkəzi “giyinmə qaydalarına əməl edilmədiyi” səbəbi ilə möhürlənib. Qəzvin şəhərində dekabrın 20-də 5 iş yeri “çadrasız insanlara xidmət göstərdiyinə görə” bağlanıb. Sentyabrın 13-də Tehranda "mənəviyyat polisi" kimi tanınan İrşad patrulları tərəfindən 22 yaşlı Məhsa Emininin öldürülməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub. Ölkə daxilində rejim əleyhdarına qarşı nümayişlərdə indiyədək yüzlərlə insan həyatını itirib, 10 mindən çox adam nəzarətə alınıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə