"Shell" Nigeriyalı fermerlərə 15 milyon avro ödəyəcək

"Shell" Nigeriyalı fermerlərə 15 milyon avro ödəyəcək

Neft şirkəti Shell, Nigeriyada neft sızması ilə bağlı iki işdə məsuliyyət daşıyan iddiaçı Nigeriyalı fermerlərə 15 milyon avro təzminat ödəməyə razı olduğunu söylədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, neft nəhəngi Royal Dutch Shell-in internet saytında verilən açıqlamada, təzminatın miqdarının neft sızması ilə bağlı Nigeriyalı fermerlər adından işi aparan ətraf mühitin mühafizəsi (Milieudefensie) birliyi ilə razılaşdırıldığı bildirilib.

Bəyanatda, 2004-2007-ci illər arasında baş verən neft sızıntısından zərər görən dörd iddiaçı fermerə və Nigeriyanın Oruma, Goi və İkot Ada Udo kəndlərində yaşayanlara 15 milyon avro təzminat ödəniləcəyi qeyd edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə