Rusiyanın cənubunda bombardmançı təyyarələrin də olduğu Engels hərbi bazasına Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində 3 nəfərin öldüyü barədə məlumatlar yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatı vurub, lakin dağıntılar insan itkisinə səbəb olub.
Rusiya Ukraynanı dekabrın 5-də strateji bombardmançıların yerləşdiyi hava limanına oxşar hücumu həyata keçirməkdə ittiham edir. Baza Ukrayna sərhədindən təxminən 500 kilometr şimal-şərqdə yerləşir. Ukrayna ordusu bu hücumlarla bağlı rəsmi açıqlama verməyib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bazar ertəsi yerli vaxtla saat 01:35 radələrində aşağı hündürlükdə uçan Ukrayna pilotsuz təyyarəsini vurduğunu bildirib. Üç rus əsgərinin pilotsuz təyyarənin qalıqlarının üzərlərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən öldüyü bildirilir. Moskvanın fevralın 24-də hücuma başlamasından bəri Rusiya tərəfindən Ukraynadakı müxtəlif hədəflərə raket hücumları üçün Engels Hava Bazasından dəfələrlə istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB