Cənubi Koreya Şimali Koreyanın pilotsuz təyyarələrinə atəş açıb

Cənubi Koreya Şimali Koreyanın pilotsuz təyyarələrinə atəş açıb

Cənubi Koreya Şimali Koreyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olmasından sonra ordunun xəbərdarlıq atəşi açaraq döyüş təyyarələrini havaya qaldırdığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın müdafiə nazirliyi Şimali Koreyaya məxsus bir neçə pilotsuz təyyarənin sərhədi pozaraq ölkənin hava məkanında təsbit edildiyini açıqlayıb.

Nazirlik Cənubi Koreya ordusunun Şimali Koreyanın İHA-larını vurmaq üçün döyüş təyyarələri və hücum helikopterlərini havaya qaldırmazdan əvvəl xəbərdarlıqlar etdiyini və xəbərdarlıq atəşi açdığını bildirib. PUA-ların vurulub-vurulmaması ilə bağlı məlumat paylaşılmayıb. Yaponiya hökuməti və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri dekabrın 23-də Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyini açıqlayıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə