Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu

Çin gəmiləri Yaponiyanın ərazi sularını pozdu

Çin gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında 3 gün qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

Bildirilib ki, dekabrın 22-də səhər saat 09.30-da milli ərazi sularının əhatə etdiyi əraziyə daxil olan gəmilər Tayşo adaları yaxınlığında Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşıb. Gəmilər dekabrın 25-i günorta saatlarına qədər ərazi ətrafında üzüb. Çin gəmilərinin pozuntu müddəti 72 saat 45 dəqiqə olaraq qeydə alınıb. Bu dövr Yaponiya hökumətinin 2012-ci ildə Senkaku adalarını satın almasından sonra Çinin ən uzunmüddətli pozuntusunu qeyd edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə